XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 17.jpg
  • 9.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 16.jpg
  • 7.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 8.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 18.jpg
  • 19.jpg

5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. 


İdarə rəisi Ceyhun Məmmədov çıxışında tədbir iştirakçılarını Azərbaycan tarixinin şanlı səhifəsi - 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib. Ceyhun Məmmədov qeyd edib ki, noyabrın 8-i 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqının igid oğulları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək işğalçı Ermənistan üzərində tarixi qələbə qazanmış, işğal altında olan torpaqlarımızı geri qaytarmış, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişlər. 


Ceyhun Məmmədov öz çıxışı müddətində bu Zəfərə gedən yolda yaxından iştirak edən İkinci Qarabağ müharibəsinin iştirakçılarını prezidiuma dəvət edib. O, çıxışının sonunda tədbir iştirakçılarını Zəfər Günü münasibətilə bir daha təbrik edərək, tədbirin işini açıq elan edib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 27 sentyabr tarixində Vətən müharibəsini elan etdiyi çıxışı ilə başlayan və Zəfərə qədər olan yolu nümayiş etdirən video-çarx nümayiş etdirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin təcili yardım həkimi Racu Nəbiyev, İnfeksiyaya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov, DGK Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalına təhkim olunmuş mühafizəçi Süleyman Süleymanov, tibb bacısı İlhamə Səfərova müharibə ilə bağlı öz xatirələrini bölüşüblər və Zəfər günü ilə bağlı təbrik nitqi ilə çıxış ediblər. 


Tədbir zamanı İkinci Qarabağ müharibəsi şəhidinin ailə üzvünə, o cümlədən Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına Qarabağ mövzusunda xüsusi xatirə hədiyyələri təqdim edilib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

 

foto