XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlər” mövzusunda tədbir keçirilib

  • 111.jpg
  • 112.jpg
  • 113.jpg
  • 114.jpg

29 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev və Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının məsləhətçi mama-ginekoloqu Fidan İsrafil-Bəyli “Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlər” mövzusunda təqdimatlarla çıxış ediblər. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar, rezidentlər, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor Leyla Rzaquliyeva və digər mütəxəssislər iştirak ediblər. 


Tədbiri açılış nitqi ilə açan Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova iştirakçılarını salamlayaraq Mərkəzi Gömrük Hospitalı və Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı arasında əməkdaşlıq, bu istiqamətdə həyata keçirilən tədbirlər və Dr.Sədi Allahverdiyevin Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında təcrübə mübadiləsində iştirakı barədə ətraflı məlumat verib.


Daha sonra Dr. Sədi Allahverdiyev Böyük Britaniya və Azərbaycanda mama-ginekologiya sahəsində olan oxşar və fərqli cəhətlər barədə geniş təqdimatla çıxış edib. Dr.Fidan İsrafil-Bəyli Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekologiya şöbəsinin iş prinsipi barədə çıxış edib. Təqdimatların sonunda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova, həkim-ginekoloq Gülnar Nuriyeva, pediatr-neonatoloqlar Dr.Nazilə Hüseynova, Dr.Təranə Göyüşova təqdimatçılara müxtəlif suallar veriblər.


Dr.Fidan İsrafil-Bəyli qarşılıqlı əməkdaşlıq çərçivəsində Dr.Sədi Allahverdiyevin təcrübə mübadiləsində iştirak etdiyinə şad olduğunu bildirib, o cümlədən Azərbaycan rezidentlərinin Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında rotasiya proqramlarında iştirak etməsi üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Həmçinin, Dr.Fidan İsrafil-Bəyli qarşılıqlı əməkdaşlığın yaradılmasına görə Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin təşəkkürünü bildirib.

 

 foto