XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında rezidentlərin ilk buraxılışı olub

Bu il oktyabrın 1-də Mərkəzi Gömrük Hospitalında təhsili alan  rezidentlər Asiman Saramanlı  və  Aydan Əsədli Anesteziologiya və Reanimasiya şöbəsində yüksəkixtisaslı, peşəkar mütəxəssislərin yanında 3 illik rezidentura təhsillərini uğurla başa vurublar.  Rezidentlər Asiman Saramanlı və Aydan Əsədli  2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Anesteziologiya və reanimasiya ixtisası üzrə rezidentura təhsilinə başlamışdırlar. 


Asiman Saramanlı və Aydan Əsədli  kuratorları Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi Dr. Tural Sadıqovun rəhbərliyi altında nəzəri və praktiki biliklərə yiyələnib və bu şöbədə ən ağır xəstələrin qəbulu və müalicəsində yaxından iştirak ediblər.  Mərkəzi Gömrük Hospitalı rezidentlər üçün əsl təcrübə bazası olub. 


Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərməyə başladığı gündən onlar da yüksəkixtisaslı reanimatoloqların rəhbərliyi altında Reanimasiya və Anesteziologiya şöbəsində ən ağır kovidli xəstələrin müalicəsində yaxından iştirak etmiş və xəstələrin sağalmasına öz töhfəsini vermişdirlər.


Rezidentlər rezidentura təhsili dövründə Hospitalda keçirilən tədbirlərdə yaxından iştirak etmiş, öz təcrübi bacarıqları ilə yanaşı, nəzəri biliklərini də gücləndirmişdirlər. Onlar, 3 il ərzində zəngin təcrübə qazandıqlarına görə, onlara olan diqqət və qayğıya görə işlədikləri şöbənin bütün  həkim və tibb heyətinə minnətdarlıqlarını bildiriblər. Asiman Saramanlı və Aydan Əsədli Reanimasiya və Anesteziologiya şöbəsinin yüksəkixtisaslı reanimatoloqlarından öyrəndikləri  bilik və bacarıqları gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildiriblər.


Mərkəzi Gömrük Hospitalının kollektivi Asimanı və Aydanı bu münasibətlə ürəkdən təbrik edir, onlara gələcək işlərində uğurlar diləyir!