XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında tədqiqatların aparılmasına dair işgüzar görüş keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg

13 oktyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında tədqiqat işlərinin aparılmasına dair “Albatros Health Care” MMC-nin təmsilçisi Anar Ağalarov ilə görüş keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova və Tibbi Laboratoriyanın rəis əvəzi Səbinə İbrahimova iştirak ediblər. 


Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov çıxışında hazırda hospitalda həyata keçirilən 3 tədqiqat işi barədə, eləcə də dünyada və Azərbaycanda çox aktual olan tibbi problemlər, əhali arasında geniş yayılmış və qarşısı alına bilən qeyri-infeksion xəstəliklər, məsələn, uşaqlıq boynu xərçəngi və bu cür xəstəliklərin aşkarlanması və mütəmadi olaraq bu barədə əhalinin maarifləndirilməsi, çox effektiv skrininq proqramlarının tərtib olunması məqsədilə aparılan araşdırmalar barədə ətraflı məlumat verib. 


Görüşdə tədqiqatların aparılmasına dair Mərkəzi Gömrük Hospitalının “Albatros Health Care” MMC ilə işgüzar əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə həyata keçiriləcək layihələrdən danışılıb. Əməkdaşlıq çərçivəsində xərçəngin profilaktikası ilə bağlı skrininq aparılması tədqiqatlarında Mərkəzi Gömrük Hospitalında başlamaqla növbəti mərhələlərdə digər qurumların iştirakı ilə tədqiqat protokollarının hazırlanması xatırlanıb. 


Digər olkələrdə sübuta yetirilib ki, uşaqlıq boynu xərçənginin aparici səbəbi HPV virusudur və onun müvafiq genetik variantlarıdır. Bu xəstəliyin Azərbaycanda yayılması, onun qarşısının alınması üçün hansı tədbirlər görülməlidir, təəssüf ki, bununla bagli  elmi araşdırmalar yetərsizdir. Bu tədqiqat məhz həmin məsələlərə aydınlıq gətirməyə və ölkədə usaqlıq boynu xərçənginə dair milli skrininq proqramına dair tövsiyələr verməyə imkan yaradacaqdır.