XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

1 mart 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarrifləndirici tədbir keçirilib. Tədbirin əvvəlində Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım tədbir iştirakçılarını salamlayaraq Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyəti barədə çıxış edib.


İdarə rəisinin müavini Şahlar Mirqasım çıxışında bilidirb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə qayıdışından sonra əhalinin təhlükəsizliyi sahəsində də geri dönüş yaranmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsi dövlət sisteminin bir hissəsi olaraq inkişaf etmiş və mülki müdafiənin dinamik inkişafı və təkmilləşdirilməsi təmin edilmişdir.


Bu, ölkəmizdəki müvafiq sahənin günü-gündən təkmilləşdiyini və ulu öndərin irsinin cənab prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyinin bariz nümunəsidir. Daha sonra Şahlar Mirqasım Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsinin əsas məqsədi, mülki müdafiə işinin təşkili məsələləri ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən, o cümlədən ölkmizdə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.


Mərkəzi Gömrük Hospitalının Texniki təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov “1 mart Ümumdünya Mülki Müdafiə Gününün tarixi və Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri” mövzusunda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə “Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələri” mövzusunda və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin baş inspektoru Şahlar Misgərli “Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu və qanundan irəli gələn tələblər” mövzusunda çıxış ediblər. Tədbirin sonunda məruzəçilər mövzular ilə bağlı iştirakçıların suallarını cavablandırıblar.