24 Dekabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında uşaqlar üçün “Açıq Qapı” günü keçirilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının övladları üçün keçirilən tədbirdə uşaqlar valideynlərinin iş yeri ilə tanış olub, müxtəlif şöbələrdə həkimlərin müayinə və müalicə prosedurlarını, tibbi cihazlarda pasiyentlərin müayinə proseslərini izləyiblər.
Eyni zamanda, uşaqlar Mərkəzi Gömrük Hospitalının Radiologiya, Poliklinika, Tibbi laboratoriya və digər şöbələrinə ekskursiya ediblər. Hər bir şöbənin gülərüzlü tibb personalı uşaqlara pasiyentlərin qəbul proseduru, xüsusi proqramda qeydiyyatı və müayinə proseslərini izah ediblər. Mərkəzi Gömrük Hospitalının həkimlərinin dəstəyi ilə uşaqlar müxtəlif şöbələrdə həm həkim, həm pasiyent rolunu oynayıblar. Mehriban tibb heyətinin əhatəsində böyük diqqət və qayğı ilə qarşılaşan uşaqların bəziləri gələcəkdə həkim olmaq istədiklərini bildiriblər.
Xatıqladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Həmkarlar İttifaqının təşkilatçılığı ilə qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr edilmiş tədbirlər çərçivəsində Məkəzi Gömrük Hospitalında “Açıq qapı” günü keçirilib. İnanırıq ki, bayramlar ərəfəsində təşkil olunmuş bu tədbir uşaqların xatirəsində xoş gün kimi hər zaman qalacaq.
Son xəbərlər