XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Xəstəxana infeksiyalarının qarşısının alınması” mövzusunda təlim keçirilib

21 sentyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında tibb bacıları üçün “Xəstəxana infeksiyalarının qarşısının alınması”  mövzusunda təlim keçirilib. Təlimi Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyasının sədri, həkim-infeksionist Mədinə Abdullayeva  aparıb.

 

Dr.Mədinə Abdullayeva mikroorqanizmlərin yayılma mənbələri, fərdi və şəxsi qoruyucu vasitələrin düzgün istifadəsi, geyinilməsi və çıxarılması qaydaları barədə, eyni zamanda müasir dövrdə orta tibb işçilərinin tibbi xidmətlərdə rolu və vəzifələri, bu sahədə olan yeni texnologiyalar, metodlar və digər məsələlər barədə ətraflı məlumat verib. 


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən xəstəxanadaxili infeksiyaların yayılmasının 50%-ə qədəri əllərin payına düşür. Belə ki, xəstəxana daxilində infeksiyalar əsasən qapı tutacaqları, elektirik düymələri, telefon dəstəyi, tonometr, tibbi xərək, xəstə arabaları, termometrlər və xəstənin əşyalarına toxunmaq kimi üsullar vasitəsilə keçə bilir. Bu baxımdan sadəcə əl gigiyenasına əməl etməklə nozokomial infeksiyaların qarşısını almaq mümkün olur.


Əl gigiyenasına əlyuma, əl antiseptikləri ilə ovalama və tibbi əlcəklər daxildir. Sədəcə qaydalara uyğun olaraq düzgün əlyuma vasitəsi ilə bunun qarşısını almaq mümkündür. Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyası tərəfindən hazırlanmış proqram əsasında infeksiyaların qarşısının alınması mövzusu ilə bağlı həftədə bir dəfə müxtəlif təlimərin keçirilməsi nəzərdə tutulub.