XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının rezidentlərinin 2022-ci il üçün fəaliyyət planı müzakirə olunub

8 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımovanın Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri Prof. Məlahət Sulatova ilə görüşü keçirilib. ATU-da keçirilən görüşdə Dr.Rəna Qasımova rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi üçün görülən işlər, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar barədə geniş məlumat verib. Daha sonra rezidentlərin davamiyyətinə ciddi nəzarət, növbəti ildə həftədə bir dəfə rezidentlər üçün müxtəlif mövzularda seminarların keçirilməsi və onların xaricdə müxtəlif proqramlar əsasında rotasiyada iştirakı ilə bağlı məsələlər müzakirə olunub.

 

Danışıqlar əsasında Mərkəzi Gömrük Hospitalının rezidentlərinin 2022-ci il üçün fəaliyyət planı razılaşdırılıb. Belə ki, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova tərəfindən ATU-nun Rezidentura şöbəsindən rezidentlərə təqdim edilmiş fərdi planın ayda iki dəfə yoxlanılması, 2022-ci ilin mart-aprel aylarında rezidentlər üçün elmi konfransın keçirilməsi, rezidentlərin hər birinin görüdkləri işlər barədə referat yazması, onlar arasında KVN formatında yarışmanın keçirilməsi və 2022-ci ilin yanvar ayında rezidentlərin iştirakı ilə ümumi iclasın keçirilməsi məsələləri plana daxil edilib. 

 

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında kuratorlar və rezidentlər ilə keçirilən görüşlərdə rezidentlərin Türkiyə Respublikasında Mevlana mübadilə proqramında, European Region Action Scheme for the Mobility of University Students (Erasmus) rotasiya proqramlarında iştirak etməsi qaydaları ətraflı izah edilib. Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik, savadlı həkimlər yetişdirməkdir.