XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının tibb personalı COVID-19 müalicəsində istifadə edilən preparatla bağlı seminarda iştirak edib

19 oktyabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının tibb personalı üçün  istehsalçı Roche şirkəti tərəfindən COVID-19 müalicəsində mühüm əhəmiyyətə malik olan Ronapreve (casirivimab and imdevimab) preparatının klinik tədqiqat məlumatları və istifadə təlimatlandırılması ilə bağlı seminar keçirilmişdir. İstehsalçı şirkətin Türkiyədən olan eksperti Gözdecan Altuğ preparat barədə məlumatları ZOOM platforması üzərindən onlayn şəkildə təqdim edərək dinləyiciləri ətraflı məlumatlandırıb.

 

Seminarda Mərkəzi Gömrük Hospitalının müvafiq ixtisaslı həkimləri və tibb bacıları iştirak edib. Təqdimatın sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. 

 

Qeyd edək ki, pandemiya xəstəxanası kimi fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə elmi toplantılar, seminar və tədbirlər həyata keçirilir.