XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

MGH-nın Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin rəisi IV Beynəlxalq "Fizioterapiya. Müalicəvi idman. Reabilitasiya. İdman təbabəti" Konqresində iştirak etdi

Mərkəzi Gömrük Hospitalın Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin rəisi Fəridə Abdullayeva 30-31 oktyabr 2018 il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən IV Beynəlxalq "Fizioterapiya. Müalicəvi idman. Reabilitasiya. İdman təbabəti" Konqresdə iştirak etdi.


500-ə yaxın nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdə təmsilçimiz fiziki və reabilitasiya təbabətində innovativ tendensiyalar, fizioterapiya və müalicəvi idman sahələrində uğurlu təcrübə, uşaq, gerontoloji, kliniki, idman, bərpa təbabəti və reabilitasiya sahələrində yeniliklər ilə tanış oldu.


Fəridə Abdullayeva, həmçinin, tədbirdə təqdim olunmuş proqram üzrə sessiyalar, master-klasslar, ən müasir tibbi avadanlıq, ləvazimatlar, kosmik təbabətlə bağlı yeni texnologiyalar nümayiş etdirilmiş sərgilərdə iştirak еtdi.