XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Motivasiyalı işçi” təlimi keçirilib

Hospitalımızın Xəstə Xidmətləri şöbəsinin əməkdaşları 31 yanvar 2020-ci il tarixində "Motivasiyalı işçi” təlimində iştirak ediblər. Təlimi “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova aparıb. Təlimdə uğurun sirləri, iş yerində motivasiyalı olmaq və qarşıya çıxan çətinlikləri həll etməyin yolları müzakirə olunub. Həmçinin, əməkdaşların motivasiyasının yüksəldilməsi üçün istifadə olunan müxtəlif metodlar haqqında danışılıb.

 

Təlim iştirakçıları mövzu ilə bağlı praktiki tapşırıqlar ediblər.Hospitalın Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova qeyd edib ki, qeydiyyat şöbəsinin əməkdaşları Azərbaycanda və xarici ölkələrdə keçirilən təlimlərdə iştirak edir, yerli təcrübə ilə yanaşı beynəlxalq təcrübəni də fəaliyyətlərində tətbiq edirlər.