XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Mərkəzi Gömrük Hospital”ın nümayəndə heyəti Türkiyənin “Grup Florence Nightingale Hastaneleri”-ndə rəsmi işgüzar səfərdə olub.

Mərkəzi Gömrük Hospitalın nümayəndə heyəti 11-13 aprel 2019-cu il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Grup Florence Nightingale Hastaneleri”ndə rəsmi işgüzar səfərdə olub. Hospitalın nümayəndə heyətini Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, mütəxəssisi Nəriman Səfərli və Hospitalın tibb işləri üzrə rəis müavini Bəxtiyar Musayev təmsil ediblər. 


İşgüzar səfər çərçivəsində “Grup Florence Nightingale Hastaneleri”nin İdarə Heyətinin sədri Prof. Dr. Cemşid Demiroğlu və T.C. Demiroğlu Bilim Universitetinin rektoru Prof. Dr. Çavlan Çiftçinin iştirakı ilə ikitərəfli işgüzar görüş keçirilib.Görüşdə qurumlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı məsələləri müzakirə olunub.Ilk öncə Prof. Dr. Cemşid Demiroğlu “Grup Florence Nightingale Hastaneleri”nin struktur bölmələri, burada göstərilən xidmətlər, avadanlıqlar, tibbi xidmətin təşkili və xəstəxanada tibbi personal üçün yaradılan şərait haqqında qonaqlara ətraflı məlumat verib.  


İkitərəfli müzakirələr zamanı Mərkəzi Gömrük Hospitalı və “Grup Florence Nightingale Hastaneleri” arasında işgüzar əlaqələrin yaradılması və gələcəkdə daha da inkişaf etdirilməsi, əməkdaşlıq və tərəfdaşlıq əsasında müntəzəm olaraq ikitərəfli görüşlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb. 


Mərkəzi Gömrük Hospitalın müvafiq ixtisaslar üzrə çalışan həkimlərin “Grup Florence Nightingale Hastaneleri”ndə aparılan innovativ elmi-tədqiqatlarda və xüsusi təlimlərdə, tibb bacılarının təkmilləşdirmə kurslarında iştirak etməsi, hər iki xəstəxananın həkimləri arasında fəaliyyət sahələri üzrə telekörpülərin, debatların təşkili, tibbin müxtəlif sahələrinə dair birgə elmi-praktiki konfransların, seminar və təkmilləşdirmə kurslarının keçirilməsi və s. məsələlər üzrə bir sıra  razılıqlar əldə edilib.


Qeyd edək ki, “Grup Florence Nightingale Hastaneleri”-nin tərkibinə İstanbul Florence Nightingale Hastanesi, Şişli Florence Nightingale Hastanesi,Gayrettepe Florence Nightingale Hastanesi, Kadıköy Florence Nightingale Hastanesi, Ataşehir Florence Nightingale Hastanesi, tibb mərkəzləri, T.C.Demiroğlu Bilim Universiteti, tibb bacıları hazırlayan məktəb və s. daxildir.