XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının cərrahı Vyana şəhərində ESCP 14–cü elmi-praktiki konfransında iştirak edib

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva 24-27 sentyabr 2019-cu il tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən Avropa Koloproktoloqlar Dərnəyinin (ESCP) XIV elmi-praktiki konfransında iştirak edib. 24 sentyabr tarixində milli təmsilçilər  dəyirmi masa arxasında keçirilən toplantıda gördükləri işlər haqqında geniş məlumat veriblər, həmçinin, onların arzu və iradları dinlənilib. Sevindirici haldır ki, Azərbaycan təmsilçilərinin hesabatı  məqbul hesab edilərək qəbul edilib. 


ESCP 2019 sentyabrın 25-də elmi proqramla tam gücü ilə işə başlamışdır. Konfransda yoğun və düz bağırsağın həm xoş xassəli, həm də bəd xassəli xəstəliklərini  əhatə edən geniş məzmunlu çıxışlar dinlənilib, diskussiyalar aparılıb. Tədbirdə kolorektal xərçəngdə cərrahi əməliyyatlarda olan yeniliklər, hemorroidektomiyada yeni texnika və ya geriyə qayıdış, rektal prolaps, parastomal yırtıqlar, perianal kron, video sessiyalar, satellit simpoziumlar, iltihablı bağırsaq xəstəlikləri  və bu kimi başqa mövzular yer almışdır. 


Eyni zamanda kolon və rektal xərçəng xəstəliklərində həm açıq cərrahiyyə, həm laparoskopik, eyni zamanda, robotik əməliyyatların aparılması texnikası ilə bağlı maraqlı müzakirələr öz əksini tapmışdır. Anal fistullarda LİFT, Flap və yeni pluq texnologiyası təqdim edilmişdir. Məruzəçilər iltihablı bağırsaq xəstəliklərində  daha çox mərkəzşləşdirilmiş tibbi xidmət göstərilməsinin əhəmiyyətindən danışıblar. 


Toplantıda ESCP-nin yeni prezidenti  prof. Villem Bemelman təqdim edilib, növbəti ildə Litvada keçiriləcək ESCP- 2020 elmi-praktiki konfransın proqramının anonsu verilib.  


Qeyd edək ki, 2005-ci ildə yaradılan Avropa Koloproktoloqlar Dərnəyi Avropada koloproktologiya elminin və təcrübəsinin inkişafına və tərəqqisinə, koloproktologiya sahəsində elmi görüşlərin təşkilinə, milli bölmələrin dəstəklənməsinə və inkişafına yönəldilib.