XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının həkimi Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kursu keçib

Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Dr. Tural Sadıqov oktyabrın 21-dən noyabrın 2-dək Türkiyənin İstanbul şəhərində Florence Nightingale Xəstəxanalar Qrupunda Terapevtik Reanimasiya, Cərrahiyyə Reanimasiya, Uşaq Kardiocərrahiyyəsi, Reanimasiya və Anesteziologiya şöbələrində təkmilləşdirmə kursu keçmək məqsədilə ezamiyyətdə olub.

 

Dr. Tural Sadıqov Florence Nightingale Xəstəxanalar Qrupunun Terapevtik Reanimasiya, Cərrahiyyə Reanimasiya, Uşaq Kardiocərrahiyyə Reanimasiya şöbələrində pasiyentlərə diaqnozun qoyulmasında, təyinatların verilməsində, müalicənin gedişatında, konsiliumların aparılmasında yaxından iştirak etmiş və bu şöbələrdə işin təşkili ilə tanış olub.  

Dr. Tural Sadıqov reanimasiya şöbələrində ürək-ağciyər reanimasiyası keçirmiş, baş-beynin kəskin qan dövranı pozulmuş pasiyentlərin müalicə protokolları ilə tanış olmuş, ağciyər-ürək çatışmazlığı olan xəstələrdə E-FLOW cihazı vasitəsi ilə nazal yüksək axınlı oksigen müalicəsinin tətbiqi və müalicə prinsipləri ilə tanış olmuş və müalicənin effektivliyini müşahidə etmişdir.Eyni zamanda, Anesteziologiya şöbəsində uroloji xəstələrdə “Da Vinci” cihazı vasitəsi ilə robot cərrahiyyəsi əməliyyatlarında aparılan anesteziyanın özəllikləri ilə tanış olmuş və bilavasitə əməliyyatlarda iştirak etmişdir.