AZ  I  EN  I  RU  

                      


XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının kardioloqları Fransanın paytaxtı Paris şəhərində beynəlxalq konqresdə iştirak ediblər

Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev, kardioloqlar Günay Məmmədova, Məlakə Məmmədova və Günay Hətəmova Avropa Kardiologiya Cəmiyyətinin və Ümumdünya Kardiologiya konqresinin təşkilatçılığı ilə 31 avqust-4 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən Beynəlxalq Kardiologiya (ESC 2019) konqresində iştirak ediblər. Konqresə Almaniya, Yaponiya, İngiltərə, Türkiyə, Rusiya və Danimarka ölkələri də daxil olmaqla, dünyanın 150 ölkəsindən 35 000 kardioloq qatılıb.


Beynəlxalq konqresdə dünyanın nüfuzlu kardioloqları, kardiocərrahları,invaziv kardioloqları, kardiologiya sahəsində elmi araşdırmalar aparan mütəxəssislər ürək-damar xəstəliklərinin müalicəsi və cərrahiyyəsi sahəsində əldə edilmiş nailiyyətlər, ən yeni müalicə metodları və son yeniliklərlə bağlı məlumatlar verib və qabaqcıl təcrübəni paylaşıblar. 


Qeyd edək ki, bu konqres, bir qayda olaraq nəinkisessiyalarda, həmçinin, interaktiv müzakirə forumlarında innovasiyalı tədqiqatların təqdim edilməsi üçün bir platformadır. Beş gün davam edən konqresdə 500-dən artıq tibbi seans nümayiş etdirilib.Avropa Kardioloqlar Cəmiyyətinin konqresi (ESC 2019) kardiologiya sahəsində çalışan mütəxəssislərin ürək xəstəliklərinə qarşı mübarizəyə həsr olunmuş ən böyük toplantıdır.