XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının orta tibb işçilərinə “Xəstəxana daxili infeksiya və onun profilaktikası" üzrə təlim kursu keçirilib.

31 oktyabr tarixində Elmi Təcrübi və Tədris Mərkəzinin davamlı tibbi təhsil proqramı çərçivəsində Mərkəzi Gömrük Hospitalının orta tibb işçilərinə “Xəstəxana daxili infeksiya və onun profilaktikası" üzrə təlim kursu keçirilib. Təlim Mərkəzi Gömrük Hospitalının reanimatoloqu Təranə Göyüşova tərəfindən tədris olunub. Təlim zamanı “mikroorqanizmin xəstəlik törətmə qabiliyyəti”, “bədənin infeksiyaya qarşı müdafiə mexanizmləri”, “klinikalara görə xəstəxana infeksiyasının paylanması”, “xəstəxana infeksiyaları üçün riskli şöbələr, “xəstəxana infeksiyasına səbəb olan infeksiya faktorları”,“ cərrahi sahə infeksiyası”, “intravenöz tətbiqi üçün ehtiyyat tədbirləri” mövzuları ətrafında geniş müzakirələr aparılıb, eyni zamanda orta tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Hospitalın tibbi personalının bilik və bacarıqlarını daha da artırmaq məqsədilə təlimlər davamlı olaraq həftədə 2 dəfə həyata keçirilir.