XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi Rəna Qasımova Türkiyədə beynəlxalq təlimdə iştirak edib

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi Rəna Qasımova Türkiyənin “TC Sağlık Bakanlığı” təşkilatının dəvəti ilə 5 avqust tarixindən etibarən İzmir şəhərində keçirilən Beynəlxalq Tibbi personalın təlimi proqramında iştirak etmişdir.


Türkiyənin Səhiyyə Nazirliyi və İzmir regionunun Səhiyyə Departamenti tərəfindən təşkil olunan təlimdə 5 ölkədən: Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan və Qırğızıstandan təcili yardım və reanimasiya həkimləri iştirak ediblər.


2019-cu il avqustun 5-dən 10-dək davam edən bu təlimdə 112 Təcili Yardım Xidmərtinin baş həkimi Kubilay Arslankeçecioğlu, 112 Təcili Yardım Xidmətinin İzmir şöbəsinin direktoru Dursun Alyaz, Bədbəxt Hadisələr üzrə Tibbi Departamentin direktoru Hasan Odabaşıoğlu və digər yüksəkixtisaslı mütəxəssislər iştirakçılara Türkiyədə və xarici ölkələrdə müasir təcili tibbi yardım sistemlərinin işi, dünya təcrübəsində təbii fəlakətlər, qəzalar zamanı zərərçəkənlərə təcili yardım göstərilməsi sahəsində tibbin ən yeni nailiyyətləri haqqında geniş məlumat veriblər.


Eyni zamanda, iştirakçılar fövqəladə hallarda yardım servisinin təşkili proqramı ilə tanış olub, qəza yerlərinə müxtəlif nəqliyyat vasitələri, o cümlədən helikopterlərlə çatdırılma, xəsarət alanları müalicə ocaqlarına çatdıranadək onların zəruri təxirəsalınmaz tibbi yardımla təmin edilməsinin yeni metod və üsullarına yiyələnib, reanimasiya və intubasiya vərdişlərini öyrəniblər.