XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Naxçıvan Baş Gömrük İdarəsində gömrükçülər üçün ilk tibbi yardım mövzusunda təlimlər keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 9.jpg
  • 11.jpg
  • 12.jpg
  • 14.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg

Naxçıvan Baş Gömrük İdarəsində gömrükçülər üçün “İlan və digər heyvanların zəhəri ilə intoksikasiyalar: diaqnostika, ilk yardım və müalicə” və “İlk tibbi yardım” üzrə təlimlər keçirilib. Təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev, Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrinin əməkdaşları, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Təcili Tibbi yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova, Dr.Gülay Məmmədzadə, İT şöbəsinin rəisi Bəhruz Muradov, PR mütəxəssis Dilarə Zamanova, İT mühəndis Natiq Orucov və Sanitar Karantin Xidmətinin mütəxəssisi Vüsalə Ağayeva iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev iştirakçıları salamlayaraq, bildirib ki, müxtəlif vəziyyətlərdə ilk tibbi yardımın göstərilməsi sahəsində maariflənmə, müxtəlif fövqəladə vəziyyətlərə qarşı əvvəlcədən hazırlıqlı olmaq vacib şərtdir. İdarə rəisi Vüqar Əliyev qeyd edib ki, hər kəs zərərçəkmişlərə ilk yardımı göstərməyi bacarmalı, təcili yardım gələnə qədər mütləq müdaxilə edib zərərçəkmişin həyatda qalması üçün çalışmalıdır. Dünyada və Azərbaycanda ilk tibbi yardım xidmətinin yaranma tarixindən danışan İdarə rəisi Vüqar Əliyev  bu xidmət sahəsinin ilk dəfə 1881-ci ildə Avstriyanın Vyana şəhərində yaradıldığını qeyd edib. Azərbaycanda isə Nobel qardaşlarının neft buruqlarında işləyən fəhlələrə ilk tibbi yardım göstərmək üçün bu istiqamətdə işlər görülmüşdür.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “İlan və digər heyvanların zəhəri ilə intoksikasiyalar: diaqnostika, ilk yardım və müalicə” mövzusunda təqdimatla çıxış edib. Dr.İsmayıl Əfəndiyev ilan, əqrəb, qaraqurt hörümçəyi və zəhərli həşərat sancmaları zamanı ilk yardımın göstərilməsi, praktiki vərdişlər və mövcud olan protokollar barədə, eləcə də bu sahədə olan yanlışlar və belə hallarda yaranan fəsadlar barədə ətraflı məlumat verib.


Daha sonra Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Nərgiz Kərimova “Həkiməqədər ilk tibbi yardım” mövzusunda çıxış edərək bildirib ki, müxtəlif dərəcəli zədələr almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək üçün göstərilən ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Belə ki, hadisə yerində bir sıra sadə tədbirləri dərhal  həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. Dr.Nərgiz Kərimova qısa müddət ərzində yüksək səviyyəli ilk yardımın ardıcıl göstərilməsi, ilk tibbi yardımın nədən ibarət olması, xəstələrin vəziyyətinin qiymətləndirilməsi, ürəyi və ya tənəffüsü dayanmış adama Cardio Ağciyər Resusitasyon (CPR)-nın tətbiqi barədə ətraflı məlumat verib. Təlim iştirakçıları ilk tibbi yardım prosedrularını praktikada mulyaj üzərində tətbiq ediblər. Təlimin sonunda mövzular ilə bağlı gömrükçülərin çoxlu sayda sualları cavablandırılıb.

 

foto