XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

İdarə rəisi növbəti "könüllü gömrükçü" dəstəsinin üzvlərini salamlayıb

Oktyabrın 30-da Mərkəzi Gömrük Hospitalında növbəti "Könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsini Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsi, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalın rısmi nümayəndələri iştirak ediblər. 


Ümumilikdə gömrük orqanlarında hal-hazırda 118 nəfər könüllü gömrükçü fəaliyyət göstərəcək. Onlardan 10 nəfər könüllü - Lalə Əhmədova, Nilgün Şahinqızı, Fidan Babayeva, Gülçohrə Budaqlı, Sevinc Babayeva, Güllsüm Quliyeva, Gövhər Ağayeva, Sevil Əsgərova, Aysu Məmmədzadə və Nisə Bağırova oktyabr ayının 28-dən etibarən Mərkəzi Gömrük Hospitalında 3 ay müddətində fəaliyyət göstərəcəklər.


Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərəck könüllü gömrükçüləri  təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. 


Qeyd edək ki, könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onların təcrübi biliklərinin artırılmasına və innovativ potensiallarının inkişafına şərait yaradır.


foto