XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Orta tibb işçilərimizə “Qan və qan məhsulları transfuziyası" üzrə təlim keçirilib

Orta tibb işçilərimizə “Qan və qan məhsulları transfuziyası" üzrə təlim keçirilib

8 noyabr tarixində Elmi Təcrübi və Tədris Mərkəzinin davamlı tibbi təhsil proqramı çərçivəsində Mərkəzi Gömrük Hospitalının orta tibb işçilərinə “Qan və qan məhsulları transfuziyası" üzrə təlim keçirilib.

Təlim Mərkəzi Gömrük Hospitalının reanimatoloqu Təranə Göyüşova tərəfindən tədris olunub. Təlim zamanı “Tam qanda əldə edilən komponentlər”, “Qan komponentlərinin istifadəsinin avantajları”, “Təzə dondurulmuş plazma”, “Qan dövranı yüksəlməsi”, “Modern qan transfuziyası”, “Qan hüceyrələri”, “Ttrombosit suspenziyası” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb, eyni zamanda orta tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Hospitalın tibbi personalının bilik və bacarıqlarını daha da artırmaq məqsədilə təlimlər davamlı olaraq həftədə 2 dəfə həyata keçirilir.