XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Perioperativ dövrdə və intensiv terapiyada balanslaşdırılmış məhlulların yeri” mövzusunda Dəyirmi masa keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg

13 oktyabr 2023-cü ildə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “B.Braun Sharing Expertise” şirkətinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Perioperativ dövrdə və intensiv terapiyada balanslaşdırılmış məhlulların yeri” mövzusunda Dəyirmi masa keçirilib.


Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinin müdiri, AzRAC-ın sədri, t.ü.f.d. Zəhra Vəzirova, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Əməliyyat Blokunun müdiri, t.ü.f.d. Namaz İbrahimov, Moskva vilayətinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Yekaterina Upryamova və digər mütəxəssislər iştirak ediblər. 


Dəyirmi masanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açaraq, tədbir iştirakçılarını həm öz adından, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru  Ceyhun Məmmədovun adından salamlayıb, dəyirmi masanın işinə uğurlar arzulayıb. Rəis müavini İsmayıl Əfəndiyev bu cür tədbirlərin əhəmiyyətindən danışaraq, bildirib ki, Dəyirmi masada keçirilən diskussiyalar, müzakirələr həkimlərin praktiki işlərinə müsbət təkan verəcək, qazanılan və burada bölüşdüyümüz təcrübələr onların gündəlik işlərində tətbiq ediləcək.


Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov Hospitalın Baş həkimi Bəxtiyar Musayevin və hospitalın həkimlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və ümidvar olduğunu bildirib ki, tədbir iştirakçıları Dəyirmi masada müzakirə olunan məsələlərdən öz təcrübi fəaliyyətlərində yararlanacaqlar.


Dəyirmi masanın qonağı - Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsinin müdiri, AzRAC-ın sədri, t.ü.f.d. Zəhra Vəzirova Dəyirmi masa iştirakçılarını aktiv diskussiyaya çağırıb və bildirib ki, tədbirin mövzusu – infuzion terapiya sahəsində son 10 ildə çoxlu sayda araşdırmalar aparılıb, elmi işlər yazılıb. 


Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Əməliyyat Blokunun müdiri, t.ü.f.d. Namaz İbrahimov “Perioperativ dövrdə və intensiv terapiyada balanslaşdırılmış məhlulların yeri” mövzusunda təqdimatla çıxış edib. O, infuzion terapiyanın əsasları barədə danışaraq, infuzion məhlulun hansı xəstələrə və hansı dozalarda təyin edilməsi, onu nə vaxt dayandırmaq lazım olduğu haqqında, eyni zamanda infuzion terapiyanın hansı hallarda  zərər yetirməsi, balanslaşdırılmış məhlullar haqqında ətraflı məlumat verib. Namaz İbrahimov həmçinin, hamının tanıdığı və qida məhsulu kimi qəbul etdiyi kolloid məhlullar olan jelatin və kraxmal əsaslı maddələrin də  insan orqanizminə təsirindən danışıb.


Daha sonra Moskva vilayətinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri, tibb elmləri doktoru Yekaterina Upryamova “Mamalıq qanaxmalarında infuzion-transinfuzion taktika” mövzusunda təqdimatla çıxış edib.
Dəyirmi masa maraqlı diskussiyalarla başa çatıb.