XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Tibbi Xidmət idarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg

Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edir. 20 avqust 2023-cü il tarixində Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub.


Yürüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının İnformasiya Texnologiyaları şöbəsi-mühəndis-proqramlaşdırıcı Natiq Orucov, Alqı-satqı və təchizat şöbəsinin satınalmalar üzrə mütəxəssi Əlişir Mirzəyev, Radiologiya şöbəsinin böyük tibb bacısı İradə Tağıyeva və Kardiologiya şöbəsinin tibb bacısı Ruhəngiz Axundova iştirak ediblər. Yürüşün əsas məqsədi Ümummilli liderin anımı, sağlam həyat tərzi təbliğ etməkdir.


Bakıdan hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxıb, orada dövlət bayrağımızı ucaltmış və Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.


Uca dağların əzəməti, möhtəşəmliyi hər yerdən aydın görünür. Adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı elədir. Onlar cismən bizi tərk etsələr də, ideyaları, əməlləri bu gün də yaşayır və tarixin çətin sınaqlarından keçir, hamı tərəfindən qəbul edilir.