XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“UŞAQ ÜRƏKLƏRİ QARABAĞDA DÖYÜNÜR!” aksiyası davam edir!..


Heydər Əliyev Fondunun rəsmi internet səhifəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin iyunun 1-3 tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunda “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında keçirdiyi xeyriyyə aksiyası zamanı aşkar edilmiş ürək qüsurlu uşaqların Mərkəzi Gömrük Hospitalında əməliyyat olması ilə bağlı məlumat işıqlanıb.


Xatırladaq ki, bu ilin 1-3 iyun tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlıda və Füzuli rayonunda xeyriyyə aksiyası keçirilmişdir.


Aksiya zamanı Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun professorları tərəfindən aparılmış diaqnostik tibbi müayinələr nəticəsində 7 uşaqda anadangəlmə mürəkkəb ürək qüsurları aşkarlanmışdır.


Tədbir zamanı çəkilmiş fotoşəkillərdən birində səyyar hospitalının qarşısında yeddi yaşlı uşağı görmək olur. Bu təsirli şəkil oxucularımızın bir çoxunu kövrəltmişdir. Təəssüflər olsun ki, müayinə zamanı bu uşağın ağır ürək qüsurundan əziyyət çəkdiyi aşkarlanmışdır. Uşağa təcili olaraq çox mürəkkəb əməliyyat tələb olunurdu...


Oxucularımızı sevindirməyə tələsirik ki, bu günlərdə Mərkəzi Gömrük Hospitalında həmin uşaq üzərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudovun rəhbərliyi ilə ciddi riskli əməliyyat uğurla həyata keçirilib. Uşağın vəziyyəti hazırda stabildir və tam sağalmağa doğru gedir.


Qeyd edək ki, Cocuq Mərcanlı və Füzuli rayonunda keçirilmiş müayinələr zamanı ürək qüsurları aşkarlanan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq şəfa tapır.