XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş intellektual oyun keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • Untitled-13.jpg
  • Untitled-3.jpg
  • Untitled-1.jpg
  • Untitled-6.jpg
  • Untitled-12.jpg
  • Untitled-14.jpg
  • Untitled-10.jpg
  • Untitled-4.jpg
  • Untitled-7.jpg
  • Untitled-2.jpg
  • Untitled-8.jpg

14 iyul 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları arasında intellektual  yarış keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri İsmayıl Əfəndiyev, Fərid Əbilov,  Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov və digərləri iştirak ediblər.  


Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sədri, tibb xidməti general-mayoru Ceyhun Məmmədov breyin-rinq yarışının Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirildiyini bildirib. 2023-cü ildə Ulu öndər Heydər Əliyev ili elan edilməsi çərçivəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər barədə danışıb.  


C.Məmmədov çıxışı zaman Ulu öndər Heydər Əliyevin səhiyyə sistemi ilə yanaşı, gömrük sisteminin yaradılması və inkişafı istiqamətində olan xidmətləri, bu gün bütün sahələrdə təməli Ümumilli Lider tərəfindən qoyulmuş siyasətin möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla, əzm və peşəkarlıqla davam etdirildiyini qeyd edib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş olunub. 


Mərkəzi Gömrük Hospitalında keçirilən tədbirdə “Şuşa”, “Xəmsə”, “Döyünən Ürəklər”, “Şəfqət” və “Xəzinə” komandalar mübarizə aparıblar. Yarışda birinci turun sualları Ulu öndər Heydər Əliyevə, ikinci turun sualları “Heydər Əliyev və Azərbaycanda gömrük xidməti” və üçüncü turun sualları ümumi mövzulara həsr edilib. Yarışın nəticələrinə görə “Xəmsə” komandası birinci yerin, “Döyünən ürək” komandası ikinci yerin  və “Şuşa” komandası üçüncü yerin qalibləri olublar.  Sonda qalib komandalara diplomlar və hədiyyələr təqdim edilib.

 

foto