XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib

  • 1.jpg
  • 2.jpg
  • 4.jpg
  • 3.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg

8 may 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, İsmayıl Əfəndiyev, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, tibb personalı, əməkdaşlar, rezidentlər və könüllü gömrükçülər iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə çağırıb.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxışında Azərbaycan tarixinin 1960-cı illərin sonundan başlayaraq otuz ildən artıq bir dövrünün Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. C.Məmmədov qeyd edib: “Həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyətində həmişə Vətənimizin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb.”
Çıxışı zaman Ulu öndər Heydər Əliyevin səhiyyə sistemi ilə yanaşı, gömrük sisteminin yaradılması və inkişafı istiqamətində olan xidmətlərini də xüsusi vurğulayan C.Məmmədov bu gün bütün sahələrdə təməli Ümumilli Lider tərəfindən qoyulmuş siyasətin möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən layiqincə, uğurla, əzm və peşəkarlıqla davam etdirildiyini qeyd edib. 


Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx təqdim olunub. Həmçinin, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Heydər Əliyev və gənclər siyasəti”, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova “Heydər Əliyev və gömrük xidməti”, Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov “Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda və tibb bacısı Nigar Maqsudova “Heydər Əliyev və tibb bacısı məktəbinin inkişafı” mövzusunda çıxış ediblər. Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıblar. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekublaşıb.