XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib

  • 1.jpg
  • 3.jpg
  • 2.jpg
  • 5.jpg
  • 4.jpg
  • 6.jpg

12 avqust "Beynəlxalq Gənclər Günü” münasibətilə “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) təşəbbüsü, Komitənin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən forumda DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov, DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov, müxtəlif dövlət qurumlarının və təşkilatların  könüllüləri iştirak ediblər.


Forumda çıxış edənlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən bəhs edərək bildiriblər ki, həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq gənclər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda, gənc nəslin sağlamlığı, təhsil, təlim-tərbiyə işlərinin müasir standartlara uyğun şəkildə qurulması, vətənpərvər, dövlətinə və xalqına bağlı nəsillərin yetişdirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.


Daha sonra  Forumda “Yeni sintetik narkotiklər və psixoaktiv maddələrin təhlükəsi”, “Tütünçəkmə və sağlamlıq”, “Fiziki aktiv həyat tərzinin əhəmiyyəti”, “Sağlam qidalanma necə olmalıdır?”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün və ictimai fəaliyyətin rolu” mövzusunda təqdimatlar nümayiş etdirilib.

 

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev "Yeni sintetik narkotiklər və psixoaktiv maddələrin təhlükəsi", Mərkəzi Gömrük Hospitalının damar cərrahı, t.ü.f.d. Səbuhi Dadaşov "Tütünçəkmə və sağlamlıq", Hospitalın fizioterapevti Səidə Kərimova "Fiziki aktiv həyat tərzinin əhəmiyyəti", Hospitalın dietoloqu Məlahət Kərimova "Sağlam qidalanma necə olmalıdır?" və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə "Sağlam həyat tərzinin təbliğində könüllülüyün və ictimai fəaliyyətin rolu" mövzusunda təqdimatla çıxış edib.


DGK Tibbi Xidmət İdarəsinin mütəxəssisləri, Mərkəzi Gömrük Hospitalının həkimləri  zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzinin təbliği, o cümlədən gənclər üçün zəruri hesab olunan digər mövzularda iştirakçıları məlumatlandırıb, onları maraqlandıran  sualları cavablandırıblar.

 

 foto