QASTROENTEROLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Qastroenterologiya


Qastroenterologiya sahəsində çalışan tibb üzrə fəlsəfə doktorları, xaricdə təhsil almış həkimlər xidmətinizdədir. Poliklinik xidmətlərlə (mədə, bağırsaq, qaraciyər, öd və öd yolları, mədəaltı vəz xəstəliklərinin diaqnostika və müalicəsi) yanaşı endoskopik diaqnostika, müalicə və mürəkkəb obdominal və praktoloji əməliyyatlar həyata keçirilir.


Qastroenteroloji prosedur və əməliyyatlar:


  • Ezofaqoqastroduodenoskopiya (qida borusu, mədə və onikibarmaq bağırsağın video endoskop vasitəsi ilə görüntülənməsi)
  • Kolonoskopiya (yoğun bağırsağın bütün şöbələrinin video endoskopla görüntülənməsi)
  • Ezofaqus varikozunun elastik həlqələnməsı (yemək borusunda yaranan genişlənmiş,qanamaya meyilli damarların elastik həlqə ilə bağlanması)
  • Qanamalarda skleroterapiya (qanayan sahəyə endoskopik olaraq qansaxlayıcı maddənin inyeksiya edilməsi)
  • Qanamalarda kouqulyasiya terapiyası
  • Daralmaların balon/buji dilatasiyası (xoşxassəli darlıqların aradan qaldırılması üçün darlıq sahəsinin balon və ya buji seti ilə ləğv edilməsi)
  • Daralmalarda stentlərin yerləşdirilməsi (yemək borusu, mədə, onikibarmaq bağırsağın əməliyyat etmə imkanı olmayan şişlərində, qida keçidinə şərait yaratmaq məqsədi ilə stentlərin (şişi orqanın divarına sıxaraq,    içərisində boşluq yaradan vasitənin)) yerləşdirilməsi
  • Polipektomiya (poliplərin uzaqlaşdırılması)
  • Mədə, yemək borusu, bağırsaqlardan yad cisimlərin çıxarılması
  • Endoskopik perkutan qastrostomiya (udma aktı tam pozulmuş və ya massiv şiş törəməsi olan pasiyentlərə endoskopik olaraq (heç bir cərrahi əməliyyata məruz qoymadan) mədəyə dəridən keçərək qidalandırıcı zondun yerləşdirilməsi)


Bütün müayinələr və müalicəvi prosedurlar tam ağrısız şəraitdə aparılır. İstifadə olunan endoskopik cihazlar və bütün aksesuarlar hər prosedur sonrası xüsusi kimyəvi vasitələrlə sterilizə edilərək, antibakterial mühit yaradan və endoskoplar ücün nəzərdə tutulmuş dolabda saxlanılır.

Diaqnostika


  • USM, KT, ERCP, MRCP, angioqrafiya, doppler USM
  • Genetik qaraciyər xəstəliklərinin laborator diaqnostikası
  • Qaraciyər, öd yollarının biopsiyası


Terapiya

  • Müasir medikamentoz terapiya
  • Qaraciyərdə bədxassəli şişlərin sklerozlaşdırılması
  • Qaraciyərin kistik zədələnmələrinin, abseslərin dəri üzərindən müalicəsi

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Namik Novruzov

t.f.d., şöbə rəisi, ümumi cərrah,

qastroenteroloq

Dr. Aynur Səfiyeva

t.e.d., ümumi cərrah,

qastroenteroloq