DAMAR CƏRRAHİYYƏSİ
Damar Cərrahiyyəsi
Hospitalımızda müasir tibbi texnologiyanın ən son imkanlarından istifadə olunaraq, beynəlxalq protokollara uyğun arteriyal, venoz və limfatik sistem xəstəliklərinin diaqnostikası və müalicəsi, o cümlədən abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama (bypass), periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass), periferik endoarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatları həyata keçirilir.
Karotid endoarterektomiya və arterioplastika kimi unikal və mürəkkəb əməliyyatlar artıq uzun illərdir ki, Mərkəzi Gömrük Hospitalında icra olunur.
Ümumi diaqnostika:
Əməliyyatlar və prosedurlar:
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.