13.11.2018
MGH-nin Təcili tibbi yardım xidməti pasiyenti Hindistana müşayiət etdi!
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım bölməsinin rəisi Rəna Qasımova və bölmənin baş tibb bacısı Təhminə Sultanova 5-10 noyabr tarixlərdə 27 yaşlı dilatasion kardiomiopatiya diaqnozu ilə son 4 il müalicə alan pasiyenti Hindistanın Keral ştatında ürək transplantasiyası əməliyyatı olunması üçün müşayiət etdilər.


























