25.04.2025
Mərkəzi Gömrük Hospitalında Türkiyənin aparıcı səhiyyə müəssisələrindən biri olan Florence Nightingale Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d. Ceyhun Məmmədov, idarə rəisinin müavinləri – t.ü.f.d. dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Qrupun Prezidenti, İdarə Heyətinin sədri Cəmşid Dəmiroğlu, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə və Beynəlxalq Əlaqələrin İnkişafı üzrə menecer Cenk Dəmiroğlu iştirak ediblər.



























