26.05.2025
Mayın 26-da Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri -2025” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general mayoru Ceyhun Məmmədov, rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, t.e.d., ümumi cərrah Bəxtiyar Musayev, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin rəisi Surxay Məmmədov iştirak ediblər.



























