XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 12 may 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətlərə görə Tibbi Xidmət İdarəsinin əməkdaşlarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən təltiflər təqdim edilib.


  • 10 may 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib. 

    Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İradəsinin rəisi Ceyhun Məmmədov, rəis müavinləri İsmayıl Əfəndiyev və Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev, əməkdaşlar və tibb personalı Ulu öndərin Mərkəzi Gömrük Hospitalında yerləşən büstü qarşısına gül çələngi qoyublar, tər çiçəklər düzüblər və ona olan hörmət və ehtiramlarını ifadə ediblər.


  • 8 may 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, İsmayıl Əfəndiyev, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, tibb personalı, əməkdaşlar, rezidentlər və könüllü gömrükçülər iştirak ediblər.