02.09.2025
Sentyabrın 2-də Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə yeni qəbul olunmuş həkim-rezidentlərlə görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d., Dr. Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, əməkdaşlar və həkim-rezidentlər iştirak ediblər.



























