30.01.2024
30 yanvar 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Əsgər Məmmədov, rəis müavinləri dosent, t.ü.f.d., İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər.


























