27.12.2023
Dekabrın 25-də Mərkəzi Gömrük Hospitalının fəaliyyətinin 15 ili tamam olub. Hospitalın 15 illik yubileyinə həsr edilmiş təntənəli tədbirdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev və əməkdaşlar Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.


























