30.03.2024
Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar, həkim-rezidentlər və könüllü gömrükçülər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.



























