XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 6 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “İcbari Tibbi Sığorta" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin və onun strukturuna daxil olan idarələrin əməkdaşları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

     


  • Mərkəzi Gömrük Hospitalında 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları, həkim-rezidentlər, 1 və 2 saylı Bakı Tibb kolleclərinin təcrübə keçən tələbələri iştirak ediblər.


  • 9 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Ə.Eyvazov adına Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı bölümünün birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə “Qan ver, ümid ol” şüarı altında növbəti könüllü qanvermə aksiyası keçirilib.