31.01.2022
31 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində tədbir keçirilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov iclası giriş sözü ilə açaraq, tədbir iştirakçılarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyi və Gömrük İşçilərinin peşə bayramı münasibətilə təbrik edib. İdarə rəisi Ceyhun Məmmədov Azərbaycan gömrük sisteminin 30 il ərzində əldə etdiyi nailiyyətlərdən və tibbi xidmət sahəsində əldə edilən uğurlardan danışıb.



























