02.06.2023
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində yerləşən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirilib. Tibbi sosial aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının direktoru Tale Cəfərov, Mərkəzi Gömrük Hospitalının tibb heyəti, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası, Gəncə şəhər filialının əsas qayğı işçiləri və sakinləri iştirak ediblər.



























