01.06.2023
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində yerləşən Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirilib. Tibbi sosial aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova, Mərkəzi Gömrük Hospitalının tibb heyəti iştirak ediblər.



























