XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 10 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən Mərkəzi Gömrük Hospitalında “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının əməkdaşları, o cümlədən Dövlət Gömrük Komitəsinin Akademiyasının məsul nümayəndəsi, Könüllü gömrükçü dəstəsinin üzvləri, Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlər və Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin təcrübə keçən tələbələri iştirak ediblər.

     


  • 9 mart 2023-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana PHŞ-nin, "Azərbaycan Nefroloqlar Cəmiyyəti" İctimai Birliyinin və "Nefrologiyanın İnkişafına Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı, “EGİS Pharmaceuticals PLC” şirkətinin ölkə nümayəndəliyinin və "Medicus" MMC-nin dəstəyi ilə “Ümumdünya Böyrək Günü"nə həsr edilmiş "Böyrək xəstəliklərinə multidissiplinar yanaşma" mövzusunda Elmi Konfrans həyata keçirilib. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.


  • 7 mart 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi iştirak ediblər. Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım salamlama nitqi ilə çıxış edərək tədbirdə iştirak edən qadınların simasında bütün xanım əməkdaşları, o cümlədən Azərbaycan xanımlarını təbrik edib, onlara səadət dolu günlər arzulayıb.