XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azəri Toksikoloqlarının Dərnəyi” İctimai Birliyinin, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medica şirkətinin birgə təşkilatçılığı ilə “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Elmi Konfrans həyata keçirilib.


  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 9-cu “Könüllü gömrükçü” dəstəsinin 8 üzvü 6 mart 2023-cü il tarixindən etibarən 3 ay müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin müvafiq şöbələrində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq 6 mart 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib.


  • 1 mart 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 1 mart Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş maarrifləndirici tədbir keçirilib. Tədbirin əvvəlində Türkiyədə baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım tədbir iştirakçılarını salamlayaraq Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyəti barədə çıxış edib.