13.02.2023
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Baytarlıq, fitosanitar və sanitariya şöbəsinin rəisi Günay Salamova, həmin şöbənin böyük inspektoru Məəzət Kazımova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin əməkdaşları 9-10 fevral 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Tibbi Sanitariya (2005) Monitorinq və Qiymətləndirmə” layihəsi çərçivəsində xarici qiymətləndirmə üzrə birgə təlim seminarında iştirak ediblər.



























