XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • Könüllülük hərəkatının inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 8-ci “Könüllü gömrükçü” dəstəsinin 8 könüllü gömrükçüsünün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyəti uğurla başa çatıb. Bu münasibətlə 16 fevral 2023-cü il tarixində keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, digər əməkdaşlar və könüllü gömrükçülər iştirak ediblər.


  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Baytarlıq, fitosanitar və sanitariya şöbəsinin rəisi Günay Salamova, həmin şöbənin böyük inspektoru Məəzət Kazımova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin əməkdaşları 9-10 fevral 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Tibbi Sanitariya (2005) Monitorinq və Qiymətləndirmə” layihəsi çərçivəsində xarici qiymətləndirmə üzrə birgə təlim seminarında iştirak ediblər.

     

     


  • Yanvarın 26-da Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə qurumlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masa keçirilib.