XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının əməkdaşları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsinə ucaldılmış 20 Yanvar- Memorial Abidə Kompleksini ziyarət ediblər.


  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim Rəşad Mahmudovun müəlliflər olduğu “Narkotik vasitələr və psixotrop maddələrlə intoksikasiyalar: diaqnostika, müalicə və profilaktika” adlı yeni metodik vəsait çapdan çıxıb. Metodik vəsait Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 iyul 2022-ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq olunub.

     


  • 29 dekabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov iclası açaraq, tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. İdarə rəisi Ceyhun Məmmədov bildirib ki, Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.