XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.


  • 28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Dayaq Patronaj xidmətinin və Seni brendinin birgə təşkilatçılığı ilə “29 Oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda Həmkarlarası müzakirə həyata keçirilib.


  • 27 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə ÜST-nin “Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr "Qurğuşuna məruz qalmanın qəbuledilməz riskləri və fəaliyyətlərə ehtiyac” mövzusunda tədbir həyata keçirilib.