XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 13 iyul 2022-ci il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinə təhkim olunmuş könüllülərin 3 aylıq könüllülük müddətləri yekunlaşıb. Bununla əlaqədar Mərkəzi Gömrük Hospitalında könüllülərlə yekun görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və könüllü gömrükçülər iştirak ediblər.


  • Hospitalın kollektivi ilə görüşən Şahin Bağırov tibb müəssisəsinin ölkəmizdə insan sağlamlığının qorunması, müalicəsi sahəsində əhəmiyyətli işlər gördüyünü, gömrük xidmətində çalışan heyətin tibbi müayinəsini peşəkarlıqla həyata keçirdiyini, eləcə də qısa zaman ərzində nümunəvi fəaliyyəti ilə nüfuz qazandığını bildirib.


  • Mərkəzi Gömrük Hospitalında 27 sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, Elnurə Novruzlu, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavinləri Rəna Qasımova, Bəxtiyar Musayev və Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva iştirak ediblər.