XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştiraki ilə 2008-ci ilin 25 dekabr tarixində açılmışdır. Bu gün Mərkəzi Gömrük Hospitalının fəaliyyətə başlamasının 14 ili tamam olur!


  • 24 Dekabr 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında uşaqlar üçün “Açıq Qapı” günü keçirilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının övladları üçün keçirilən tədbirdə uşaqlar valideynlərinin iş yeri ilə tanış olub, müxtəlif şöbələrdə həkimlərin müayinə və müalicə prosedurlarını, tibbi cihazlarda pasiyentlərin müayinə proseslərini  izləyiblər. 


  • 23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçirilib.