XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 12 avqust "Beynəlxalq Gənclər Günü” münasibətilə “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) təşəbbüsü, Komitənin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən forumda DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov, DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov, müxtəlif dövlət qurumlarının və təşkilatların  könüllüləri iştirak ediblər.

     


  • 5 iyul 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Spektr Med şirkətinin birgə təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda Vebinar həyata keçirilib.


  • 29 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Abbott arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Abbott şirkətinin İnkişaf etməkdə olan bazarlar üzrə Ürəyin struktur xəstəlikləri bölməsinin Baş direktoru Şarbel Muavad imzalayıblar.