XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

  • 7 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalında təhsil alan rezidentlərin kuratorlarları ilə hibrid formatda görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.f.d., dosent İsmayıl Əfəndiyev rezidentlərin yüksəkixtisaslı həkim kimi yetişməsi ilə bağlı qarşıda duran vəzifələr, mövcud imkanlar, rezidentlərin Türkiyə Respublikasında Mevlana mübadilə proqramında, European Region Action Scheme for the Mobility of University Students (Erasmus) rotasiya proqramlarında iştirak etməsi imkanları barədə ətraflı məlumat verib.


  • Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili alan rezidentlərlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisləri və rezidentlər iştirak ediblər.


  • 20 noyabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə “18-24 noyabr Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsi”nə həsr edilmiş "COVID 19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.